22-ci həftədə Netanyahuya qarşı etirazlar davam edir

Sionist rejimin baş naziri Binyamin Netanyahunun başçılıq etdiyi ifrat sağçı koalisiya hökumətinin məhkəmə nizamlanmasına qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən israillilər etirazların 22-ci həftəsində yenidən ölkə boyu meydanlara çıxıblar.

Təl-Əviv, Qərbi Qüds, Hayfa və Birüssebi kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla nöqtədə keçirilən nümayişlərə on minlərlə insan qatılıb. Kaplan küçəsindəki Hökumət Kompleksi qarşısında toplaşan minlərlə etirazçı koalisiya hökumətindəki ifrat sağçı siyasətçiləri tənqid edən plakatlar qaldırıb.

Digər tərəfdən İsrailin "Yediot Ahronot" qəzetinin internet saytında yer alan xəbərdə Qeysəriyyə və Hadera şəhərlərində baş verən etirazlara İsrail polisinin müdaxilə etdiyi bildirilib. Polis qüvvələrinin etirazları yatırtmağa çalışdığı bildirilsə də, rəsmi qurumlardan mövzu ilə bağlı açıqlama verilməyib.

Netanyahunun başçılıq etdiyi sionist rejimin Nazirlər Kabineti yanvarın 5-də bu rejimin məhkəmə sistemində islahatların aparılması planını təqdim edib. İllərdir korrupsiya, rüşvətxorluq və vətənə xəyanətlə mühakimə olunan Netanyahu məhkəmə-hərbi islahat adlandırdığı şeylə bu işdən qurtulmağı planlaşdırır.