Mahir Əzimovun ailəsinə baş sağlığı veririk

Ötən gün MBH üzvü, həbsdə olan siyasi məhbus Mahir Əzimovun 15 yaşlı oğlu dənizdə boğularaq dünyasını dəyişib. Müsəlman Birliyi Hərəkatının mətbuat katibliyi baş vermiş faciəvi ölümlə bağlı üzüldüyünü ifadə edərək Əzimovlar ailəsinə baş sağlığı verir, Allahdan ailəyə səbr diləyir. Allah rəhmət eləsin.

Xatırladaq ki, Mahir Əzimovun vəkili Vəkil Zibeyda Sadiqova sosial media üzərindən Ədliyyə Nazirliyi Penitensiar xidmət, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman, Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayaraq Mahir Əzimovun dəfnlə bağlı buraxılmasını xahiş edib.

 

“Hörmətli Penitensiar Xidmətin rəisi

Mahir Əzimov CM-nin 234.4.3-cü maddəsi ilə ittiham edilir və hazırda Bakı AĞır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması aparılır.

Hakim Cavid Hüseynovdur.

03 iyun 2023-cü ildə 15 yaşlı oğlu Məhəmməd Əzimov çimərlikdə boğulub ölüb və bu gün saat 11-də o dəfn ediləcək.

Xahiş edirəm ki, Əzimov Mahir Yaşar oğlunun 15 yaşlı oğlunun dəfn mərasimində iştirak etməsi üçün  Bakı İstintaq Təcridxanasından evə buraxasınız.”