İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 34-cü ildönümü mərasimi keçirilib

İslam İnqilabının banisi İmam Xomeyninin (rə) vəfatının 34-cü ildönümü münasibəti ilə Tehranda İmam Xomeyninin (rə) hərəmində Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə mərasim keçirilib.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümü ilə bağlı çıxışında bildirib ki:
Məncə, bu ölkənin yeni nəsilləri böyük İmam Xomeyni haqqında daha çox bilməlidirlər. Həmçinin biz köhnələr də! "Hər birimizin müxtəlif xüsusiyyətləri özündə cəm edən bu çoxcəhətli və əzəmətli şəxsiyyətin, səciyyəvi xüsusiyyətləri ilə daha yaxından tanış olmağa ehtiyacı var. Bu, inkişaf və yolun davamına kömək edəcək."
Ali Rəhbər bildirib ki, İmam Xomeyni təkcə dövrümüzün deyil, tariximizin rəhbərlərindəndir. "Rəhbərlər tarixin yaddaşından silinə bilməz. Bu, diqqətimizi çəkən mühüm məqamdır. Rəhbərləri nə unutmaq, nə də təhrif etmək olur. Əziz İmam Xomeyninin (r.ə) şəxsiyyətinin ölçüləri İbn Sina və Şeyx Tusi ilə müqayisədə daha geniş və rəngarəngdir. İmam hərtərəfli rəhbərdir. O, dini elmlərdə, fiqh, fəlsəfə və irfanda üstündür. İman və təqvada uca məqamdadır. Xarakter və iradə gücü ilə üstündür. O, Allahın təyin etdiyi inqilabi siyasətdə və yeni dünya nizamı yaratmaqda qabaqcıldır. Bu xüsusiyyətlər tarixdə *olan alimlərimizin heç birində cəmlənməmişdir. Bunlar yalnız mərhum İmam Xomeyniyə xas olan sifətlərdir".
Ali Rəhbər qeyd edib ki, İmam Xomeyni üç böyük dəyişiklik etdi. "Bu dəyişikliklərdən biri İran, biri İslam ümməti, biri də dünya səviyyəsində olan dəyişikliklər idi. Bu üç dəyişikliyin heç biri İmam Xomeynidən öncə baş verməyib, bəlkə də gələcəkdə insanlar bu dəyişikliklərin baş verəcəyini proqnozlaşdıra bilmirdilər. Ölkə səviyyəsində dəyişiklik İslam İnqilabının yaranması idi. Bu inqilab padşahlıq siyasi quruluşunu məhv etdi və onu demokratiya ilə əvəz etdi. Bu inqilab manipulyasiya edib alçaldılmış sistemi meydandan çıxaran, onun yerinə milli dəyərlərə söykənən müstəqil bir sistem qurdu."
Ali Rəhbər bildirib ki, bu inqilab tiranlığı azadlıqla əvəz etdi, milli kimliyi, özünə inamı bərpa etdi. Bunlar İslam İnqilabının möcüzələridir." Problemlərimiz olub, var və olacaq da! Amma indiki problemləri həll edə biləcək şey keçmişdəki problemlərin həlli idi və gələcəkdə də problemlərin dərmanı olacaq. Bu, bizim bacarıqlı ruhumuzdur və bu ölkədə bu ruhu yaradan inqilabdır."
Ali Rəhbər qeyd edib ki, İmam Xomeyni İslam dünyasında İslam oyanışını başlatdı. "Bu gün İslam ümməti inqilabın qələbəsindən əvvəlki dövrlə müqayisədə daha fəal, daha hazır və daha canlıdır; baxmayaraq ki, bu sahədə daha çox iş görülməsinə ehtiyac duyulur.
Fələstin məsələsi sionistlərin və onların havadarlarının fantaziyası kimi qəbul edilirdi. İmam Xomeyni Fələstin məsələsini müsəlman xalqların diqqət mərkəzinə və İslam dünyasının ilk məsələsinə çevirdi. Qüds günü təkcə İranda deyil, müsəlman və qeyri-müsəlman dünyasının paytaxtlarında da qeyd olunur və insanlar Fələstini dəstəkləyir."
Ayətullah Xamenei bildirib ki, İmam Xomeyni dünya səviyyəsində, hətta qeyri-müsəlman ölkələrində də mənəviyyat və mənəvi diqqət mühiti yaratdı. "Təbii ki, bu son məqam da eyni güc mərkəzlərinin sərt reaksiyası ilə üzləşib və bu gün daha çox motivasiya ilə özlərinə məxsus metodlarla dünyada mənəviyyata hücum edirlər. Bəzi üsulları da o qədər qalmaqallıdır ki, insan onların adlarını çəkməyə utanır."
İmam Xomeyni bilirdi ki, insanlar bu yolun Allahın yolu olduğunu bilsələr, bütün çətinliklərə dözərlər. " İmam Xomeyni yola vermək üçün demokratiya təklif edən biri deyildi. İslam Respublikası İmamın xalqa etimadının nəticəsi idi.
"Ümid İmam Xomeyninin qəlbində həqiqi bir əsas idi və İmamın rəftar və danışığında da bu aydın görünürdu" - deyən Ali Rəhbər bildirib ki, İmam Xomeyni özü buyurur: Qələbəyə qədər mübarizə illərində heç vaxt ümidimi üzməmişəm və inanmışam ki, millət nəyi istəsə, o da gerçəkləşəcək. Həqiqi mənbəyə və Uca Allaha aydın inamınız olduqda, bu ümid alovu ürəyinizdə olacaq. İnam və ümid bir-birinə təsir edir.
Ali Rəhbər bildirib ki, ümid deyəndə, ümidi aldadıcı təxəyyüllərlə qarışdırmaq olmaz. "Ümid hərəkətlə yanaşı bir vəziyyətdir, dayanmaqla əldə olunmur, kiminsə oturub hədəfə çatacağına ümid etməsi mümkün deyil."
Ali Rəhbər bildirib ki, düşmən cəbhəsi, təkəbbür cəbhəsi, sionizm cəbhəsi və dünyanın qüdrətli qüvvələri dünən olduğu kimi, bu gün də İran millətinin qarşısında sıraya düzülür. "İran milləti ilə hegemonların düşmənçiliyi müvəqqəti geriçəkilmələrlə düzəlməz. Məqsədlər dəyişmir, cəbhə xətti dəyişmir, amma İran milləti daha da güclənib."
Ayətullah Xamenei bildirib ki, İran milləti bu cərəyanın əleyhinə hərəkət etmək istəyirsə, ona iman və ümid lazımdır. "Gənclərimiz fikir versin, müvəqqəti geriçəkilməklə hegemonların düşmənçiliyi aradan qalxmayacaq. Bəziləri düşünürlər ki, müəyyən mövqedə geri çəkilsək, onların bizimlə düşmənçiliyi azalacaq, bu səhvdir. Onlar İranı inqilabdan əvvəlki dövrə qaytarmaq istəyirlər. İranı, milli maraqları və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını istəyən, dünya nizamında İranın ləyaqətli mövqeyini axtaran hər kəs millətdə iman və ümidin güclənməsi üçün çalışmalıdır. Düşmənin hədəfi iman və ümiddir. Düşmənlər insanlarda inam və ümidi məhv etməyə çalışırlar. Müstəqilliyin, ləyaqətin, milli maraqların qorunub saxlanılması inamla, ümidlə əldə edilir."