03 June 2023

İraqlı nazir: “OPEC+” ölkələrinin neft hasilatını azaldacağı barədə danışmaq hələ tezdir”

İyunun 4-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasdan əvvəl “OPEC+” ölkələrinin neft hasilatını sutkada 1 milyon barel azaldacağı barədə danışmaq tezdir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu İraqın neft naziri Hayan Abdel Qani bildirib.

Türkiyə Kosovoya komando birlik göndərir

Son hadisələr 1998-1999-cu illər arasında 10 mindən çox insanın ölümünə və bir milyondan çox insanın evsiz qalmasına səbəb olan Kosovo müharibəsinin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqları artırıb. Türkiyə, NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə Kosovodakı 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına komando batalyonu təyin edib.

İran, Səudiyyə Ərəbistanı və BƏƏ birgə dəniz koalisiyası yaradacaq

İran Ordusunun Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani İran Hərbi Dəniz Qüvvələri region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ ilə birgə dəniz koalisiyası yaradacağını deyib.

Mehr Xəbər Agentliyinin xəbərinə görə, İran Ordusu Dəniz Qüvvələrinin komandanı admiral Şəhram bildirib ki, İran regionu ölkələri regionda təhlükəsizliyin əməkdaşlıqla təmin ediləcəyi vəziyyətə gəliblər. Bu kontekstdə admiral İrani regionda və onun hüdudlarından kənarda yeni koalisiyaların formalaşdığını açıqlayıb.

ABŞ-Türkiyə əlaqələri gərgin olaraq qalır

ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya qoşulmaq istəyini təmin etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələrində fərqli yanaşmaya keçəcəyinə işarə edib. Yenidən prezident seçilən Türkiyə lideri transatlantik hərbi alyansın ən təsirli, lakin mürəkkəb üzvlərindən biridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın minlərlə tərəfdarı bu həftənin əvvəlində onun qələbəsini qeyd edib. Dünya liderləri, o cümlədən Prezident Co Bayden, ona zəng edərək təbrik edib.

Abbas Hüseyn Qobustana köçürülüb, ailəsi isə ondan xəbər gözləyir

Günlərdir cəza çəkdiyi 7 saylı müəsisədə işgəncə yaşadığını söyləyən Abbas Hüseynin etirazlarına baxmayaraq məhkəmə onun barəsində 1 il Qobustan qapalı, ciddi rejimli müəsisədə cəza çəkmə qərarı verdi. Bu gün Abbas, Kürdəxana Müvəqqəti Saxlama Təcridxanasından Qobustan Qapalı həbsxanasına köçürülüb. Çökürülmədən qabaq ailəsi ilə əlaqə saxlayan Abbas Hüseyn bir zamanlar Qobustanda işgəncələr yaşayaraq çarmıxa çəkldiyini xatırladaraq yenidən bu müəsisədə üzləşəcəyi problemləri dilə gətirib.

Hindistanda yük və sərnişin qatarları toqquşub, 288 nəfər ölüb

Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub hadisə nəticəsində 288 nəfər ölüb.

Təbii fəlakət cümə günü axşam saatlarında Balasore şəhəri yaxınlığında baş verib.

Rəsmilər baş verənlərlə bağlı bir neçə versiya səsləndiriblər.

Zurabişvili Saakaşvili haqqında: Onunla yaxşı rəftar edilməlidir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin “əfv edilməməsi” ölkəyə dəymiş ziyanı dəyişəcək məsələ deyil.

Salome Zurabişvili bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

Prezident hesab edir ki, Saakaşvili ilə “yaxşı rəftar edilməlidir”, necə ki, həbsə məhkum edilmiş bir çox dünya prezidentləri ilə də belə rəftar edilir.

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

Azərbaycan, Rusiya və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə razılıq əldə edib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə iyunun 2-də Moskvda keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.