Daha bir ruhani tutduğu vəzifədən uzaqlaşdırıldı

Məscidlərdə ruhanilərin xatiblik vəzifələrinə xitam verilməsi artıq kütləvi hal alıb. Maraqlısı odur ki, uzaqlaşdırılan ruhanilərin hər biri Bakı islam Unversitetinin məzunu olmaqla yanaşı illərdir bu məscidlərdə moizə edərək sevilən ilahiyyatçılardır.

Bu sıraya bir neçə gün öncə növbəti ruhani də əlavə olunub. Artıq 13-ildən artıq bir müddətdir ki, Bakının Qasımbəy Cümə məscidinin axundu olaraq fəaliyyət göstərərək böyük sevgi və ehtiram qazanmış ruhani Hacı Samir Ağayevin də bu məsciddə dini fəaliyyəti dayandırılıb. Mayın 31-də İmam Rzanın (ə) mövlud mərasimində çıxış edən ruhani bu barədə özü məlumat verərək məscid əhli ilə vidalaşıb.

Dinin dövlətdən ayrı olduğu Azərbaycan qanunvericiliyində Dini Qurumlar üzrə Dövlət Komitəsinin ruhani təyinatı və onları vəzifədən uzaqlaşdırması kobud qanun pozuntusu olmasına baxmayaraq, hakimiyyət bu yöndə öz fəaliyyətinə israrlıdır.