Zurabişvili Saakaşvili haqqında: Onunla yaxşı rəftar edilməlidir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin “əfv edilməməsi” ölkəyə dəymiş ziyanı dəyişəcək məsələ deyil.

Salome Zurabişvili bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

Prezident hesab edir ki, Saakaşvili ilə “yaxşı rəftar edilməlidir”, necə ki, həbsə məhkum edilmiş bir çox dünya prezidentləri ilə də belə rəftar edilir.

“Düşünürəm ki, onunla (Saakaşvili ilə) yaxşı rəftar edilməlidir və mən bunu yüksək səslə deyirəm – dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə rəftar edildiyi kimi (onunla rəftar edilməlidir). Bizim bildiyimiz elektron bilərziklər və Aİ-yə daxil olan ölkə üçün daha uyğun olan digər formalar var”, – Zurabişvili qeyd edib.

Jurnalistin “status-kvonu qorumaq istəyirsiniz” sualına Zurabişvili “hüquqi mülahizələrin” olduğunu deyib və “izah etməkdən” çəkindiyini önə çəkib.