İran, Səudiyyə Ərəbistanı və BƏƏ birgə dəniz koalisiyası yaradacaq

İran Ordusunun Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani İran Hərbi Dəniz Qüvvələri region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ ilə birgə dəniz koalisiyası yaradacağını deyib.

Mehr Xəbər Agentliyinin xəbərinə görə, İran Ordusu Dəniz Qüvvələrinin komandanı admiral Şəhram bildirib ki, İran regionu ölkələri regionda təhlükəsizliyin əməkdaşlıqla təmin ediləcəyi vəziyyətə gəliblər. Bu kontekstdə admiral İrani regionda və onun hüdudlarından kənarda yeni koalisiyaların formalaşdığını açıqlayıb.

Admiral İrani İran, Rusiya və Çinin dəniz koalisiyasına toxunaraq, "İran Hərbi Dəniz Qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, region ölkələri ilə birgə dəniz koalisiyası yaradacaq" deyib.