Misir sərhədində iki İsrail əsgəri öldürülüb

İsrail ordusu Misir sərhədində təhlükəsizlik hadisəsi nəticəsində iki əsgərinin öldürüldüyünü açıqlayıb.

Sionist rejim ordusunun sözçüsü tərəfindən verilən yazılı açıqlamada bu ifadələr yer alıb: “Bu gün səhər saatlarında Paran rayon diviziyasının bölgəsində təhlükəsizlik hadisəsi baş verib. Sərhəd yaxınlığında bir kişi və bir qadın olmaqla iki İsrail əsgəri açılan atəş nəticəsində həlak olub. Misir sərhədindən işğal olunmuş əraziyə daxil olaraq atəş açan hücumçu ilə İsrail əsgərləri arasında qarşıdurma olub və hücum edən şəxs öldürülüb. Sərhəddə insidentin baş vermə şəraiti araşdırılır, bölgədə axtarış-skanlama işləri davam etdirilir”.

Digər tərəfdən, sionist rejim ordusunun radiosu iki İsrail əsgərinin öldürüldüyü hadisənin qaçaqmalçılarla qarşıdurma nəticəsində baş verdiyini bildirib.