17 May 2023

Cəlilabadda yanğın baş verən məscidə baxış keçirilib

Cəlilabad rayonunun Dələli kəndində yerləşən məsciddə baş verən yanğının səbəbləri araşdırılır.

Operativtv.com Reporta istinadən məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və din xadimlərinin iştirakı ilə məscidə baxış keçirilib.

Hadisənin araşdırılması və tədbir görülməsi üçün aidiyyəti orqanların nümayəndələrinə xüsusi tapşırıqlar verilib.

"Sabah” “Sumqayıt”ı darmadağın etdi

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bağlanış oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Polislər yenidən İmran Xanın evini mühasirəyə aldı

Pakistanın keçmiş baş naziri İmran Xanın evi yenidən polis tərəfindən mühasirəyə alıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb  .

“Bəlkə də növbəti həbsimdən əvvəl yazdığım son tvitim. Polis evimi mühasirəyə aldı”, - Xan yazıb.

Keçmiş baş nazir videomüraciətində bildirib ki, Pakistan “məhv olmaq yolundadır”.

İmam Hüseyn (ə) ziyarətgahının fabriki dərman və şpris istehsal gücünü açıqlayıb

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının fabriki dərman və şpris istehsal gücünü açıqlayıb.

Məlumata görə, gün ərzində 60 milyon dərman məhlullu insul şprisi, 200 milyon ümumi şpris istehsal edir.

Ölkəiçi ehtiyacları ödəmək məqsədilə var gücülə işləyən fabrik dünya standartlarına uyğun məhsullar istehsal edir və buna dair sertifikatlara sahibdir.

Ərdoğan taxıl razılaşmasının iki ay uzadıldığını bəyan edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ukrayna taxılının Qara dənizlə daşınmasına imkan verən Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti daha iki ay artırılıb.

Ərdoğan sözü gedən razılaşma müddətinin bitməsinə bir gün qalmış, mayın 17-də bildirib:

"Ölkəmizin səyləri, rusiyalı dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın köməyi ilə Qara Dəniz taxıl sazişi müddətinin daha iki ay uzadılması qərara alınıb”.

Salayevin məhkəmədə halı pisləşib

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, həbsdə 100 gündür aclıq etdiyi bildirilən Zamin Salayevin məhkəmədə vəziyyəti pisləşib.

Bu, mayın 17-də Qaradağ rayon Məhkəməsində onun işi üzrə iclasda şahidlər dindirilərkən baş verib. Bu üzdən məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Təxminən yarım saat ərzində Salayevə tibbi yardım göstəriləndən sonra onun durumu nisbətən düzəlib.

Həzrəti Əbəlfəz (ə) hərəmi İraqda terror qurbanları üçün qəbiristanlıq inşa etdirir

Həzrəti Əbəlfəz (ə) hərəmi terror qurbanları üçün qəbiristanlıq inşa etdirir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həzrət Əbəlfəz (ə) hərəminin Mədəniyyət və Əqli İşlər Şöbəsinə bağlı İraq Ekstremist Cinayətlərin Sənədləşdirilməsi Mərkəzi devrilmiş Baas rejimi və təkfirçi terrorun qurbanları üçün mərkəzi qəbiristanlıq ayrılacağını açıqlayıb.

Məhəmməd Raad: Sionist rejim heç bir razılaşmaya əməl etməyəcək

Livan parlamentində “Müqavimət Partiyasına Sadiqlik Partiyası”nın sədri deyib: Düşmən sionist rejim öz təbiəti səbəbindən heç bir razılaşmaya əməl etməyəcək.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, müqavimət fədakarlıq və cəsurluq etmədikcə,  müqavimət olmaz və işğalçı sionist rejim öz təbiəti səbəbindən heç bir razılaşmaya əməl etməyəcək.

Sionist düşmən Fələstin xalqına qarşı tarazlığı dəyişə bilmədi.

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıblar

Operativtv.com Turan-a istinadən xəbər verir ki, çərşənbə günü Tehranda İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıblar.

Mərasimdə prezidentlər Vladimir Putin və İbrahim Rəisi iştirak ediblər, Putin videobağlantı vasitəsilə iştirak edib. Rusiya tərəfdən mərasimə baş nazirin müavini, İranda işgüzar səfərdə olan Aleksandr Novak da qoşulub.

Məkkəyə giriş məhdudlaşdırıldı

15 may tarixindən etibarən Məkkə şəhərinə giriş məhdudlaşdırılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, artıq sakinlər müvafiq icazənamələr olmadan müqəddəs şəhərə daxil ola bilməyəcəklər.

Məkkə şəhəri blokpostlarla əhatələnib, polis əməkdaşları isə şəhərə daxil olan hər bir kəsi sənədlərin yoxlanılması üçün saxlayırlar.

Paşayevlərin ortağının adı 230 milyonluq çirkli pul yumaqda hallanır

Britaniyalı məşhur iş adamı, xeyriyyəçi və Mühafizəkarlar Partiyasının ianəçisi 55 yaşlı Cavad Marandinin xarici ölkələrdəki şübhəli fondlardan on milyonlarla dollar aldığı aşkar edilib. Bu barədə məlumatı rəsmilər üzə çıxarıb.

O, uzun müddətdir ki, kimliyinin üzə çıxarılmasının reputasiyasına xələl gətirəcəyi ilə bağlı etiraz edib və onun bu addımı uğurlu nəticələnib. Belə ki, məhkəmə sənədlərində onun kimliyi yalnız “MNL” kimi görünür.

Zəhraxanım Əliyeva: "Rövşənə zəng edib mənim və xanımının səsini dinlətdilər" VİDEO

Mayın12-də ictimai fəal Rövşən Əliyev yaşadığı Bilgəh qəsəbəsində saxlanılıb. İllərdir yaşadığı məntəqədə narkotik ticarətinə qarşı aktiv mübarizə aparan şəxs bu gün özü şərlənərək eyni ittihamla məhkəmə önünə çıxarılıb. Barəsində həbsqəti imkan tədbiri seçilən inanclı cəmiyyətdə xeyriyə işləri ilə də sevilir. 

Ailəsi onun saxlanılmasını Rövşən Əliyevə qarşı ədavət və inanclılara qarşı təmizləmə ilə əlaqələndirir. 

 

“Suriyalıların ölkələrinə qayıtmasına mane olan ölkələr sanksiyalar tətbiq edən ölkələrdir”

 Suriya xarici işlər nazirinin müavini Əymən Susan, nümayəndələr və yüksək səviyyəli rəsmilərin Ciddədəki görüşündən sonra verdiyi mətbuat açıqlamasında bu sözləri söyləyib: Ciddə Zirvəsi keçmişin öhdəsindən gəlmək üçün ərəblərin birgə fəaliyyətində yeni mərhələni işarələyir.

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Operativtv.com Report-a istinadən məlumatına görə, bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. "Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

“Daxildə dini zəmində narazılığın artması xarici mərkəzlər üçün daha çox əlverişlidir”

Son vaxtlar Bakıda məscidlərdə imam təyinatı icma üzvləri arasından deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK )özünün seçdiyi şəxs təyin olunur. Bu da məscid camaatı yəni icma üzvləri tərəfindən narazılıqla qarşılanır. Mərhum Hacı Şahin Həsənlinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidinə Komitə tərəfindən imam təyinatı ətrafında baş verənlər bunu deməyə əsas verir.

AİHM 3 jurnalist və 1 fəalın işi üzrə qərarlarını açıqlayıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 11-də Azərbaycanla bağlı yeni qərar elan edib.

Qərara əsasən, Azərbaycan ərizəçi olan jurnalistlərə və "Nardaran işi" çərçivəsində həbs olunmuş fəala təzminat ödəyəcək. 

Bir işdə ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, onların məhkəməyəqədər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət ediblər.

Qırğızıstanda silahlılar mədrəsəni ələ keçirib

Qırğızıstanın paytaxtı Bişkekin 30 kilometrliyində yerləşən Dmitriyevka kəndində mədrəsə və məktəbi bir qrup silahlı şəxs ələ keçirib. Yerli mediaya istinadla xəbər verir ki, polis qəsəbəyə giriş-çıxışı bağlayıb. Təhlükəsizlik qüvvələri silahlı şəxslərin saxlanılması üçün orada xüsusi əməliyyat keçirib. Son məlumata görə əməliyyatda bir terrorçu məhv edilib, iki əsgər yaralanıb. Rəsmi Bişkek əməliyyatın detalları haqqında məlumat vermir. Eyni halda silhli şəxslərin mədrəsəyə hücumla bağlı tələbləri də açıqlamır.

Kərbəlada İmam Sadiqin (ə) şəhadəti ilə bağlı əza mərasimi

İmam Hüseynin (ə) Kərbəlada yerləşən müqəddəs ziyarətgahında İmam Cəfəri Sadiqin (ə) şəhadət məclisi keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət ildönümü münasibətilə İmam Hüseynin (ə) hərəmində müxtəlif matəm tədbirləri, əzadarlıq məclisləri və simvolik tabut daşıma mərasimi keçirilib.

MBH üzvü Tural Vəliyevin ev dustaqlığı ilə bağlı müraciətinə baxılacaq

Mayın 17-də Bakı Şəhəri Nizami Rayon Məhkəməsində MBH üzvü Tural Vəliyevin müraciətinə baxılacaq. Müdafiə tərəf olaraq Zibeydə Sadiqovanın müvəkkili Tural Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı iddia hakim Mətanət Hacıyeva tərəfindən dəyərləndiriləcək. İclas saat 14:00-da baş tutacaq.

"Cəsus ovu"nda növbəti ifşa

Ötən gün mətbuat səhifələrini növbəti “İrana cəsus” adı altında həbslər dolaşdı. “Cəsus” adlı ifrat təmizləmə, istər-istəməz işin kökündə qurama oyun gizlətdiyi üçün səhvləri qaçılmaz edir. Bu dəfə də yeddi nəfərlik “Kərimə dövlət” iddialı həbsin gerçəkləşdiyi xəbərdə Müsəlman Birliyi Hərəkatının “üzvü” olduğu gəncin bu sırada yer alması bir hərəkat olaraq bizim üzərimizə o yalana həqiqət donu geydirməyə çalışan hakimiyyətə cavabımızı məcburi etdi.