Rusiya Ermənistana xəbərdarlıq edib ki, Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı müqavilə birtərəfli qaydada ləğv edilərsə, Ermənistan 400 milyon dollar təzminat ödəməli olacaq.
"Rusiya Dəmir Yolları" şirkəti İrəvan rəsmilərinə ünvanladığı ciddi xəbərdarlıqda bildirib ki, Ermənistan hökuməti şirkətin törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolu" ilə bağlanmış konsessiya müqaviləsini birtərəfli qaydada ləğv etmək niyyətindədirsə, Rusiya şirkəti tərəfindən 2008-ci ildən bu günədək dəmir yolu infrastrukturuna yatırılan bütün investisiyaları tam şəkildə geri ödəməlidir.
"Rusiya Dəmir Yolları"nın baş direktoru Oleq Belozyorov bildirib ki, söhbət təxminən 400 milyon ABŞ dolları həcmində vəsaitdən gedir.
O, rəsmi bəyanatında vurğulayıb: "Əgər Ermənistan tərəfi konsessiya müqaviləsinin ləğvi və ya şərtlərinin dəyişdirilməsi imkanını nəzərdən keçirirsə, bu halda şirkətimizin həyata keçirdiyi bütün investisiyaların dəyəri tam şəkildə kompensasiya olunmalıdır."
Digər tərəfdən, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan məsələ ilə bağlı qəti mövqe sərgiləyərək bildirib: "Milli dəmir yolu şəbəkəsi ilə bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu strateji infrastruktur Ermənistan Respublikasının ayrılmaz mülkiyyəti və aktividir və ölkəmiz bu dəmir yolu şəbəkəsindən milli maraqlarına uyğun hesab etdiyi şəkildə sərbəst istifadə etmək hüququna malik olmalıdır."
Moskvadan Ermənistana xəbərdarlıq: Dəmir yolu müqaviləsinin ləğvi yüz milyonlarla dollara başa gələcək