Tramp sosial media hesabında Venesuelanı "ABŞ-ın 51-ci ştatı" adlandırıb

Qalmaqallı paylaşımları ilə diqqət çəkən ABŞ Prezidenti Donald Tramp bu dəfə sosial şəbəkədə Venesuelanın ABŞ-ın "51-ci ştatı" kimi təqdim olunduğu görüntüsünü paylaşıb.

Şəkildə Venesuela ABŞ bayrağının rənglərində təsvir olunub və üzərində "51st State" ifadəsi yer alıb.

Tramp bundan əvvəl də oxşar paylaşımlar edib.

ABŞ Prezidenti daha əvvəl Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-a birləşdirilməsi ilə bağlı müxtəlif açıqlamalar səsləndirib.