İslam həccdə əməli olaraq göstərir ki, dünyada irqi, coğrafi və sinfi ayrı-seçkilikləri kimi, mövcud ayrı-seçkilikləri qəbul etmir

İslam həccdə əməli olaraq göstərir ki, dünyada irqi, coğrafi və sinfi ayrı-seçkilikləri kimi, mövcud ayrı-seçkilikləri qəbul etmir. Bunlar Həccin sirlərindəndir.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Həcc ziyarəti təşkilatçıları və məsul şəxslərilə görüşündə deyib. "Həccin mühüm və əsas məqamı ondan ibarətdir ki, İslam praktiki olaraq dünyada mövcud olan bu ayrı-seçkilikləri qəbul etmədiyini göstərir: irqi ayrı-seçkiliyi, coğrafi və sinfi fərqini qəbul etmir. Bu məqam çox vacibdir."
Ali Rəhbər bildirib ki, bu gün sivilizasiya iddiasında olan, lakin sivilizasiya qoxusunu əsla duymayan "sivil" ölkələr ağ və qara dəri, Avropa və qeyri-Avropa irqi məsələsində ilişiblər. Mühacir məsələsində minlərlə immiqrantın dənizdə boğulması onların heç vecinə də deyil! Ümumiyyətlə, elə bil, onları insan və əhəmiyyətli varlıq hesab etmirlər. Ev heyvanlarına əhəmiyyət verdikləri qədər qonşuluqlarında yaşayan bir qərib şəxsə əhəmiyyət vermirlər."
Ali Rəhbər istənilən irqdən, tarixdən və mədəniyyətdən olan bütün zəvvarların yekrəng və eyni olmasını həccin sirlərindən adlandırıb və bildirib ki, məsul şəxslər və həcc işlərilə məşğul olanlar elə bir mədəniyyət yaratmalıdırlar ki, “Həcc” kəlməsi hər kəsin, xüsusən də bugünkü gənclərin şüurunda sivilizasiya quruculuğu, zalımlara qarşı birlik və insan cəmiyyətlərində mövcud fərqləri aradan qaldıran bir baxış aşılasın.
Ayətullah Xamenei iranlı zəvvarların Məscidül-Həram və Məscidün-Nəbinin (s) camaat namazlarında iştirakını və digər zəvvarlarla ünsiyyətdə və söhbətdə olmasının zəruriliyini vurğulayıb.
"Kumeyl duasını cəm şəkildə oxumaq çox yaxşıdır. Eyni zamanda, həccin geniş və dərin imkanlarından biri olan müşriklərdən bəraət hərəkatı davam etdirilməlidir."