Kərbəlada İmam Sadiqin (ə) şəhadəti ilə bağlı əza mərasimi

İmam Hüseynin (ə) Kərbəlada yerləşən müqəddəs ziyarətgahında İmam Cəfəri Sadiqin (ə) şəhadət məclisi keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət ildönümü münasibətilə İmam Hüseynin (ə) hərəmində müxtəlif matəm tədbirləri, əzadarlıq məclisləri və simvolik tabut daşıma mərasimi keçirilib.

Qeyd edək ki, bu gün İmam Cəfər Sadiqin (ə) hüznlü şəhadət günüdür.