MBH üzvü Tural Vəliyevin ev dustaqlığı ilə bağlı müraciətinə baxılacaq

Mayın 17-də Bakı Şəhəri Nizami Rayon Məhkəməsində MBH üzvü Tural Vəliyevin müraciətinə baxılacaq. Müdafiə tərəf olaraq Zibeydə Sadiqovanın müvəkkili Tural Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı iddia hakim Mətanət Hacıyeva tərəfindən dəyərləndiriləcək. İclas saat 14:00-da baş tutacaq.
Xatırladaq ki, inanclı Tural Vəliyev son dövrlər genişlənən inanclıların həbsi sırasında saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvlərindəndir. Tural barəsində standart inanclılar haqqında irəli sürülən 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) 
maddə ilə cinayət işi başlanıb.