Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Operativtv.com Report-a istinadən məlumatına görə, bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. "Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.