İraq: Ərazimiz qonşu ölkələrə hücumlar üçün istifadə olunmayacaq

İraq hökuməti Baş nazir və Silahlı Qüvvələrin Baş Komandanı Əli Falih əz-Zeydinin sədrliyi ilə keçirilən iclasda İraq ərazisinin qonşu ölkələrə qarşı təhdidlər üçün istifadəsinin qarşısını almaq üçün tədbirlərin müzakirə olunduğunu açıqlayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, İraq hökuməti Baş nazir və Silahlı Qüvvələrin Baş Komandanı Əli Falih əz-Zeydinin sədrliyi ilə keçirilən iclasda İraq ərazisindən qaynaqlanan və qonşu ölkələri hədəf ala biləcək hər hansı bir təhdidin qarşısını almaq üçün tədbirlərin qiymətləndirildiyini bildirib.

Bəyanatda İraq Silahlı Qüvvələrinin ölkə ərazisinin qonşu ölkələrə qarşı hər hansı bir hücum üçün başlanğıc nöqtəsi və ya tranzit yolu kimi istifadəsinə icazə verməmək qətiyyəti bir daha təsdiqlənib.

İraq hökumətinin bəyanatı silahlı qüvvələrin İraqı əhatə edən qonşu ölkələrin yaratdığı hər hansı bir təhdidə qarşı tam hazır olduğunu vurğulamaqla yekunlaşıb.