08 March 2023

Feministlər aksiya keçiriblər

Operativtv.com Turana istinadən xəbər verir ki, qadınların hüquqlarını və bərabərliyini müdafiə edən onlarla fəal martın 8-də Bakının mərkəzində icazəsiz aksiya keçirib.

Onlar əllərində “Qadınların öldürülməsi siyasi cinayətdir”, “Canımızı qoruyun”, “Barışmayın, araşdırın” şüarları tutub.

Fəvvarələr meydanına toplaşan fəallar onlarla polisin əhatəsində Azərbaycan kinoteatrına doğru yürüş ediblər.

"Barselona"nın futbolçusu cəzalandırıldı

"Barselona"nın müdafiəçisi Ronald Arauxo 1 oyunluq cəzalanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, komandasının "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldiyi matçda qırmızı vərəqə alan R.Arauxoya bir oyunluq cəza verilib.

24 yaşlı futbolçu La Liqanın 25-ci turundakı "Atletik"lə görüşü buraxacaq. O, martın 19-da "Real" ilə keçiriləcək "El-Klassiko"da iştirak edə biləcək.

Suriyada terror hücumu; 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bu gün səhər Suriyanın Deyr əz-Zor şəhərində minanın partlaması nəticəsində 3 Suriya vətəndaşı ölüb, 7 nəfər yaralanıb.

Suriya hökumətinin rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Deyr əz-Zorda bu hücumu terrorçu qruplar həyata keçirib. Xəbər mənbələri çərşənbə axşamı səhər Suriyanın şimalında yerləşən Hələb şəhərində güclü partlayışların baş verdiyini açıqlayıb.

Avropa Sosialist Partiyası: Prezident seçkilərində Kamal Kılıçdaroğlunun arxasındayıq

Avropa Sosialist Partiyası (PES) Milli Alyansın prezidentliyə namizədi Kamal Kılıçdaroğluna tam dəstək mesajı paylaşıb. Bəyanatda “Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifət namizədi Kılıçdaroğlunun arxasında PES dayanır” başlıqlı açıqlamada, "May ayında keçiriləcək prezident seçkilərində Türkiyə müxalifətinin ortaq namizədi olaraq bizim partiyamızdan Kamal Kılıçdaroğlunu güclü şəkildə dəstəkləyirik” deyib.

İddialara görə, “Şimal axını”nın təxribatını Ukraynayönlü qrup təşkil edib

“The New York Times” qəzeti yazıb ki, ABŞ rəsmiləri tərəfindən araşdırılan kəşfiyyat məlumatlarına əsasən, Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərinin təxribatını Ukraynayönlü qrup təşkil etmiş ola bilər.

Hesabatda vurğulanır ki, Ukrayna prezidenti Vladimir Zelenskinin və ya onun yaxın həmkarlarının hadisədə əli olduğuna və ya cinayətkarların Ukrayna hökumətinin göstərişi ilə hərəkət etdiyinə dair heç bir əlamət yoxdur.

BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib

BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar gələn həftə Cenevrədə yüksək səviyyədə keçiriləcək.

Səudiyyə Ərəbistanının xarici işlər naziri: İranla görüşməyə hazırıq

Səudiyyə Ərəbistanının xarici işlər naziri çərşənbə axşamı Ər-Riyadın İranla danışmağa hazır olduğunu bildirib.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Feysəl bin Fərhan bir çox ərəb mediasında, o cümlədən Russia Today-də dərc olunan açıqlamada ölkəsinin İranla dialoqa hazır olduğunu bildirib.

Fransada milyonlar tətil və nümayişlərə başlayıb

Etiraz pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahat əleyhinə Fransada indiyə qədər keçirilən ən böyük etiraz olub.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, hökumətin pensiya islahatına qarşı altıncı günə daxil olan aksiyalar Fransada 1,28 milyon nümayişçini bir araya gətirib. Yanvarın 31-də analoji etiraz aksiyasında 1,27 milyon insan iştirak edib.

İranın xarici işlər naziri: "Türk xalqının ağrısını paylaşmaq üçün buradayıq"

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan zəlzələdən zərərçəkənlərin acısını paylaşmaq üçün Ankara Esenboğa Hava Limanına gəlib. Hüseyn Əmir Abdullahiyan Türkiyəyə iki günlük səfəri çərçivəsində Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Onun Türkiyə səfərinin planları arasında Mövlud Çavuşoğlu ilə birgə mətbuata açıqlama da var.

Kətaib Hizbullah ABŞ Müdafiə Nazirinin İraqa səfərinə reaksiya verdi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın Kətaib Hizbullah Briqadaları rəsmisi ABŞ müdafiə nazirinin İraqa səfərinə reaksiya verib.

İraqın Kətaib Hizbullah Briqadalarının rəsmisi Əbu Əli əl-Əskəri ABŞ müdafiə naziri Lloyd Ostinin səfərinə reaksiya verərək Twitter səhifəsində yazıb: “Biz siyasi qrupların işğalçı qüvvələrlə razılaşmaları ilə razı deyilik. ABŞ müdafiə nazirinin İraqa səfəri ilə bağlı qeyd etməliyik ki, bu səfər İraq şəhidlərinə, xalqına və tarixinə təhqir və xəyanətdir.