İlahiyyatçı hələ də ailəsi ilə əlaqə saxlaya bilməyib

Fevralın 25-dən saxlanılan ilahiyyatçı İqbal Axundov hələ də ailəsi ilə əlaqə saxlamayıb.

Onun Kürdəxana Müvəqqəti Saxlama Təridxanasında karantinə alındığı deyilsə də, onun saxlanıldığı gündən bu günə qədər bircə zəngi belə gerçəkləşməyib. İki azyaşlı uşaq atası olan İqbalın vəziyyəindən ailəsi narahatdır.
1981-ci il təvəllüdlü İqbal Yunus oğlu Axundov Tərtər sakinidir. İlahiyytçı bu kəndin dini retualları, məzarlıqda olan ayinlərin icrası ilə məşğuldur. Elə fevralın 25-də saxlanılması da məhz məzarlıqda, dini ayinlərin icrası zamanı baş verib. Həbsinin səbəbi dini ayinlər olmasa da, birbaşa onun dini inancı ilə əlaqədardır. 2004-2011-ci illərdə İranın Qum şəhərində dini bilgilərə yiyələnməsi 12 ildən sonra İran-Azərbaycan münasibətlərində gərginlik fonunda onu da bu oyuna qurban edib. Heç bir əlaqə və münasibətlər yaşanmamasına baxmayaraq. Bu sözlərin sübutu ilahiyyatçıya açılan maddə də təsdiq edir. Belə ki, bir ömür dini dəyərlərin qorunmasına və inkişafına xidmət göstərən ilahiyyatçı 234.4.3-cü maddənin ittihamı ilə barəsində cinayət işi açılıb. Şübhəsiz maddə bütün bunların qurama, ilahiyyatçının həyatı isə şərləndiyinin aydın nümunəsidir. Lakin bu işdə növbəti dəyər İqbalın iki qazi qardaşı olmasıdır. Bütünlükdə ailənin stunları vətənpərvərliklə hörülən bu ailənin inanclı nümayəndəsinə narkotik ittihamı həqiqətən də bütün dəyərlərin aşılmasından başqa bir şey deyil. Bundan əlavə ikinci Qarabağ müharibəsi zamanı Tərtərdə şəhidlərin qüsul və kəfənləməsini icra edən ilahiyyatçıya bu kimi davranış bir heç bir müqəddəs dəyərin qorunmaması deməkdir.
Xatırladaq ki, Tərtər sakini ilahiyyatçı İqbal Axundov fevralın 25-də Tərtərin təzə məzarlığında bir neçə mülki geyimlilər tərəfindən saxlanılır. İki gün sonra ailəsi İqbalın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını öyrənir. Fevralın 27-də ilahiyyatçı Bakı Nərimanov Məhkəməsi önünə çıxarılır və haakim Gültəkin Əsədova İlbalın barəsində 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddə ilə 4 aylıq həbsqəti imkan tədbiri qərarını verir. Bir gün sonra Kürdəxana Saxlama Təcridxanasına göndərilən ilahiyyatçı bu günə qədər burada karantinə alınıb.