Kətaib Hizbullah ABŞ Müdafiə Nazirinin İraqa səfərinə reaksiya verdi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın Kətaib Hizbullah Briqadaları rəsmisi ABŞ müdafiə nazirinin İraqa səfərinə reaksiya verib.

İraqın Kətaib Hizbullah Briqadalarının rəsmisi Əbu Əli əl-Əskəri ABŞ müdafiə naziri Lloyd Ostinin səfərinə reaksiya verərək Twitter səhifəsində yazıb: “Biz siyasi qrupların işğalçı qüvvələrlə razılaşmaları ilə razı deyilik. ABŞ müdafiə nazirinin İraqa səfəri ilə bağlı qeyd etməliyik ki, bu səfər İraq şəhidlərinə, xalqına və tarixinə təhqir və xəyanətdir.

Kətaib Hizbullah Briqadaları siyasi qruplar və işğalçı qüvvələr arasında razılaşmalara bağlı deyil və bu qüvvələrlə döyüşmək üçün heç kimin icazəsini gözləməyəcək. Bəzi siyasi qruplar və onların liderləri həm diplomatik, həm də hərbi geyimdə düşmən Amerika ilə münasibət qurarkən daha diqqətli olmalıdırlar, çünki onlar xarici hegemonluğa qarşı olan insanları təmsil etdiklərini iddia edirlər”.