Xilaskarın gəlişinə müjdəli bayram

Dünyani örtən qara buludlar bu səmanı aydınladacaq parlaq günəşə ehtiyacını hər ötən gün daha aydın hiss etdirir. Bütün məktəblər, ideoloji cərəyanlar isə baş verən hadisələr müqabilində gah aciz, gah da maraqları fonunda zülmün mərkəzindədirlər. Birmənalıdır ki, bu düzəni tənziməyəcək güc, fikir və qüdrət İlahi dəyərlərə əsaslanıb haqqın yer üzündə nümunəsi olacaqdır. Bu isə yalnız bəşəriyyətə müqəddəs kitablarda vəd olunmuş xilaskarın gəlişi ilə mümkün olacaq. Bütün baş verən hadisələr isə bu zühurun astanasında olan dünyanın gəliş addım səslərinə müjdədir.
Xilaskarın doğum günündə bu xoş müjdənin tezliklə gerçəkləşəcəyi ümidi ilə... Bayramınız mübarək.
 
Müsəlman Birliyi Hərəkatı.