İranın xarici işlər naziri: "Türk xalqının ağrısını paylaşmaq üçün buradayıq"

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan zəlzələdən zərərçəkənlərin acısını paylaşmaq üçün Ankara Esenboğa Hava Limanına gəlib. Hüseyn Əmir Abdullahiyan Türkiyəyə iki günlük səfəri çərçivəsində Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Onun Türkiyə səfərinin planları arasında Mövlud Çavuşoğlu ilə birgə mətbuata açıqlama da var.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankara hava limanında iranlı jurnalistlərə müsahibəsində deyib: “Türkiyədə baş verən zəlzələ ilə bağlı Türkiyə hökuməti və millətinin ağrısını paylaşmaq üçün buradayıq. Bu səfərdə biz hər iki zəlzələ zonasına baş çəkəcəyik. Son qlobal hadisələri və ikitərəfli məsələləri müzakirə etmək və qiymətləndirmək üçün Türkiyənin xarici işlər naziri ilə də görüşəcəyik”.