Feministlər aksiya keçiriblər

Operativtv.com Turana istinadən xəbər verir ki, qadınların hüquqlarını və bərabərliyini müdafiə edən onlarla fəal martın 8-də Bakının mərkəzində icazəsiz aksiya keçirib.

Onlar əllərində “Qadınların öldürülməsi siyasi cinayətdir”, “Canımızı qoruyun”, “Barışmayın, araşdırın” şüarları tutub.

Fəvvarələr meydanına toplaşan fəallar onlarla polisin əhatəsində Azərbaycan kinoteatrına doğru yürüş ediblər.

Yolda plakatlara yazılmış şüarlar səsləndiriblər. Bir neçə dəfə məşəl yandırdılar, lakin polis onları fəalların əlindən aldı.

“Azərbaycan” kinoteatrının qarşısında polis aksiya iştirakçılarını mühasirəyə aldılar. Onlar yarım saatdan çox bu yerdə dayanaraq öz şüarlarını səsləndiriblər.

Sonda feministlər tələblərini oxuyub dağıldılar. Polislə ciddi insident baş verməyib.