KİV: Tbilisidə etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilmiş etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb.

Operativtv.com APA-nın Tbilisi müxbirinə yerli mətbuata istinadən xəbər verir ki, saxlanılanlar arasında müxtəlif siyasi partiyaların liderləri də var.

Polislə qarşıdurma zamanı bir neçə avtomobilə od vurulub, qanunverici orqanın pəncərələri sındırılıb. Gürcüstan Daxili işlər nazirliyi etirazçılarla yanaşı polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirir.

DİN hələlik saxlanılanlarla bağlı spesifik rəqəm açıqlamayıb.

Hazırda ərazidə sakitlik hökm sürür.