Fransada milyonlar tətil və nümayişlərə başlayıb

Etiraz pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahat əleyhinə Fransada indiyə qədər keçirilən ən böyük etiraz olub.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, hökumətin pensiya islahatına qarşı altıncı günə daxil olan aksiyalar Fransada 1,28 milyon nümayişçini bir araya gətirib. Yanvarın 31-də analoji etiraz aksiyasında 1,27 milyon insan iştirak edib.

Paytaxt Parisdə polisin məlumatına görə, yanvarın 31-də 87 min nümayişçi olub, sonuncu etirazda isə 81 min etirazçı olub. Fransanın ən böyük həmkarlar ittifaqı konfederasiyası CGT, Parisdəki gedişə 700 min nümayişçinin qatıldığını açıqladı.

Hökumət qeyd edib ki, hər dörd dövlət qulluqçusundan biri tətil edir. Dövlət Xidməti Nazirliyindən alınan rəqəmlərə görə günorta saatlarında 2 milyon yerli məmurun yüzdə 11i; 1,2 milyon xəstəxana işçisinin 9,4 faizi tətildə idi. Yanvarın 19-da, pensiya islahatına qarşı tətillərin ilk günü, günorta saatlarında dövlət işçilərinin 28 faizi, yerli özünüidarə orqanlarının işçilərinin 11,3 faizi və xəstəxana işçilərinin 9,9 faizi tətilə çıxıb. Bu arada bəzi yerlərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Martın 11-də tətil elan edildi və gələn həftə senatorlar və qanunvericilər pensiya islahatları ilə bağlı razılığa gəlmək üçün görüşəcəklər.