23 January 2023

Erlinq Holann niderlandlı hücumçunun rekordunu yeniləyib

"Vulverhempton"a qarşı İngiltərə Premyer Liqasının XXI tur oyununda 3 qol vuran "Mançester Siti"nin futbolçusu Erlinq Holann "Mançester Yunayted"in niderlandlı sabiq hücumçusu Rud van Nistelroyun rekordunu yeniləyib.

Operativtv.com Reporta istinadən məlumatına görə, çempionatdakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub. Van Nistelroy bunu 65 oyuna bacarıb.

Səlim Müslümovun məhkəməsi təxirə salınıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Belə ki, təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə məhkəmənin təxirə salınmasını istəyib. O, bunu 2 həftəlik ölkə xaricində ezamiyyətdə olacağı ilə əlaqəndirib.

Küveyt hökuməti istefa verdi

Küveyt hökuməti ölkənin Milli Assambleyası ilə fikir ayrılığına görə istefa verib .

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu qərar hökumətin bir sıra qanunlarla bağlı Küveyt Milli Assambleyası qarşısında hər hansı öhdəlik götürməkdən imtina etməsindən sonra verilib.

Bu, son iki ildə Küveytdə hökumətin beşinci kollektiv istefasıdır.

Livan ordusu döyüş hazırlığı vəziyyətinə keçib

Livan ordusu sionist İsrail qüvvələrinin sərhədi pozması səbəbindən döyüş hazırlığı vəziyyətinə keçib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, üç ekskavator, bir zirehli transportyor və bir piyadadan ibarət İsrail qüvvələri səhər saatlarından etibarən Livanın cənubundakı Hunin şəhəri yaxınlığında sərhədi pozub.

Yəməndə Quranın yandırılmasını pisləyən kütləvi etiraz aksiyası keçirilib

 Avropada Qurani-Kərimin bir nüsxəsinin yandırılmasına şərait yaradılandan sonra Yəmənin bir sıra şəhərlərində İsveçi boykot etmək və səfirlərinin İslam ölkələrindən qovulmasını tələb edən aksiyalar keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ölkədə Quranın yandırılmasını pisləyən ən böyük etiraz dalğası Səda şəhərində keçirilib.

İsrailin milli təhlükəsizlik naziri strateji Fələstin kəndinin sökülməsini təklif edib

Son ayda fələstinlilərə qarşı qalmaqallı addımları ilə yadda qalan İtamar Ben-Qvir fələstinli bədəvilərin yaşadığı “Xan əl-Əhmər” kəndinin sökülməsini tələb edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu barədə Netanyahuya təklif edib.

İraqın Baş naziri valyutanın ucuzlaşmasına görə Mərkəzi Bankın sədrini dəyişib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, İraqın Baş naziri bazar ertəsi İraq dinarının bir həftəlik ucuzlaşmasından sonra ölkənin Mərkəzi Bankının qubernatorunu dəyişib.

İraq Xəbər Agentliyinin verdiyi məlumata görə, Baş nazir Məhəmməd Şia əl-Sudani qubernator Mustafa Qalib Mukhefin ona daha işdə qalmaq istəmədiyini söylədikdən sonra bu addımı atıb.

“20 Yanvar” yürüşü ilə bağlı 6 MBH üzvü inzibati cəza aldı

Yanvarın 20-də şəhidlərin ziyarəti zamanı Müsəlman Birliyi Hərəkatının üzvlərinin söylədikləri şüarlarla bağlı saxlanılanların sayı 6-ya çatdı. 20-si gecədən müxtəlif polis bölmələrinə çağırılan, bəziləri isə evlərindən məcburi olaraq idarələrə gətirilən 20-dən artıq hərəkat üzvünün bəziləri sərbəst buraxılsa da, 6 hərəkat üzvü inzibatı cəza alaraq saxlanılıb. Bunlardan Nizami Əhmədov, Tərlan Səyyadov, İmran Məmmədli, Həsən Abbaszadə, Telman Rəşidov, Rövşən Əliyev olmaqla hər birinə 30 gün inzibatı cəza tətbiq edilib.

“Neftçi”nin hücumçusunun Kipr klubuna keçidi rəsmiləşib

“Neftçi”nin futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” (Limassol) komandasına keçidi rəsmiləşib.

Operativtv.com Az.shafaqna.coma istinadən məlumatına görə, bu barədə Limassol klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair “ağ-qaralar”la ilkin razılıq əldə olunub.

Təcrübəli forvard “Apollon”la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Transferin digər detalları bəlli deyil.

Sədrdən İsveçdəki islamofobiya aktı ilə bağlı 1 milyon imza çağırışı

İraqın “Sədr” hərəkatının başçısı Müqtəda əs-Sədr İsveçdə müqəddəs Qurani-Kərimin nüsxəsnin yandırılması ilə bağlı məzəmmətedici 1 milyon imzanın toplanılması çağırışı ilə çıxış edib.

Operativtv.com Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, əs-Sədr həmin imzaların İsveçin Bağdaddakı səfirliyinə veriləcəyini elan edib.

KTN-in Elmi-Tədqiqat İnstitutunda mənimsəməyə görə cinayət işi başlanıb

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Alveşin cinayət işilə bağlı yeni təfərrüat məlum olub

Dani Alveşin cinayət işilə bağlı yeni təfərrüatı açıqlanıb.

Gecə klubunun kamera görüntüləri araşdırıldıqdan sonra məlum olub ki, braziliyalı və onu zorlamada ittiham edən xanım 15 dəqiqəyə yaxın tualetdə olublar.

Xatırladaq ki, qadının dediyinə görə, Alveş onu gecə klubunun tualetində zorlayıb. Tualetin özündə də kameralar yoxdur.

Müvafiq görüntülər nümayiş olunmayıb.

Minimum əmək pensiyaları fevralın 1-dən artacaq

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Əl-Əzhərdən İsveçdə Qurani-Kərimin yandırılmasına etiraz

Misirdəki Əl-Əzhər İnstitutu ötən gün Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanı qınayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Əzhərdən verilən yazılı açıqlamada, bu cür ekstremist hərəkətlərin sivil insanların Qurana olan hörmətini azaltmayacağı və müqəddəs kitabın bütün bəşəriyyət üçün bələdçi olmağa davam edəcəyi vurğulanıb.