Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Şida qəsəbəsinə artilleriya hücumları nəticəsində iki mülki vətəndaşın şəhid olduğunu açıqlayıb.

Yəməndə atəşkəsə baxmayaraq, Səudiyyə Ərəbistanının bazar günü səhər saatlarında Yəmənin şimal şəhərlərindəki sərhəd bölgələrinə hücumları iki yəmənli mülki şəxsin şəhid olması ilə nəticələnib. Əl-Məyadin kanalı Yəmən mənbələrindən belə açıqlamalar verib: “İşğalçı Səudiyyə qüvvələri dünən dəfələrlə Yəmənin Səada əyalətinin şimalında yerləşən Şida sərhəd məntəqəsinə artilleriya hücumu həyata keçirib və indiyə qədər bu hücumlarda 2 mülki şəxs şəhid olub."

Xatırladaq ki, 26 mart 2015-ci il tarixindən etibarən Səudiyyə Ərəbistanı bəzi mürtəce ərəb ölkələri ilə koalisiya quraraq, bu ölkənin qaçaq və devrilmiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini yenidən hakimiyyətə gətirmək üçün ən yoxsul ərəb ölkəsi olan Yəmənə hücumlara başladı. Bu hücum nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 47 min Yəmən vətəndaşı öldürülüb və ya yaralanıb.