İran ABŞ-la birbaşa danışıqları təkzib edib

İranın Xarici İşlər Nazirliyi ABŞ rəsmiləri ilə birbaşa danışıqlarla bağlı xəbərləri təkzib edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün mətbuat konfransında deyib.

İranın BMT-dəki nümayəndəsinin ABŞ-ın yüksək çinli diplomatı Robert Mali ilə görüşməsi ilə bağlı suala münasibət bildirən İran XİN sözcüsü qeyd edib ki, iki ölkə arasında birbaşa rəsmi danışıqlar yoxdur.

O, həmçinin nüvə sazişinin bərpası və sanksiyaların aradan qaldırılması ilə bağlı hazırda rəsmi danışıqların keçirilmədiyini, lakin bunun, təmaslarım və mesajlaşmaların olmaması anlamına gəlmədiyini deyib.