Livan ordusu döyüş hazırlığı vəziyyətinə keçib

Livan ordusu sionist İsrail qüvvələrinin sərhədi pozması səbəbindən döyüş hazırlığı vəziyyətinə keçib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, üç ekskavator, bir zirehli transportyor və bir piyadadan ibarət İsrail qüvvələri səhər saatlarından etibarən Livanın cənubundakı Hunin şəhəri yaxınlığında sərhədi pozub.

Hesabatda "Livan ordusunun Mavi Xəttin hər hansı pozuntusunun qarşısını almaq üçün bölgədə həyəcan təbili çaldığı" bildirilib.

Livan ordusunun yanvarın 19-da verdiyi açıqlamada sionist İsrail əsgərlərinin Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNIFIL) nəzarəti altında cənubda "Mavi Xətt" sərhədini iki sahə üzrə təxminən 2 metr məsafədə hərbi ekskavatorla pozduğu qeyd edilib.

Bildirilib ki, İsrailin pozuntusunu anlayandan sonra Livan ordusu yaranmış vəziyyətə etiraz edib və İsrailin sərhəddə işləməsinə icazə verməyib.