“Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatı Netanyahunun Azərbaycan respublikasına səfərinə etiraz bəyanatı yayıb

“Biz Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı İsrail rejiminin baş naziri, qaniçən və uşaq qatili Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərini kəskin şəkildə pisləyirik.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən araşdırmalara əsasən Netanyahu müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə terrorçu şəxs kimi tanınmış onilliklər ərzində işğal, mühasirə, etnik təmizləmə və müharibə cinayətləri ilə dünya ictimaiyyətinin gözləri önündə Fələstin xalqına qarşı misilsiz vəhşiliklər törətmiş bir şəxsdir. Xüsusilə Qəzza zolağında son aylarda baş verən və minlərlə uşağın həyatına son qoyan soyqırımı Netanyahu rejiminin əsl mahiyyətini bir daha göstərmişdir.

Azərbaycan kimi müsəlman ölkəsinin belə bir şəxsi qəbul etməsi, yalnız yerli və beynəlxalq ictimaiyyət arasında narahatlıq doğurmur, həm də İslam dünyasının dəyərlərinə və şəhidlərin ruhuna ağır təhqirdir. Bu addım, Azərbaycan xalqının böyük əksəriyyətinin hisslərinə və ədalət duyğusuna qarşı atılmış bir hörmətsizlikdir.
Uşaq qatillərinə, müharibə cinayətkarlarına qapılar bağlanmalıdır.

Müsəlman həmrəyliyi və ümmətçilik prinsipləri rəhbər tutularaq bu kimi səfərlərə son qoyulmalıdır.

Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”