Bakıya yayılan pis qoxunun səbəbi açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Bu barədə "Qafqazinfo"ya nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

 

Analizlərin nəticələrinə görə, atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu, əsasən, Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib.