20 gün əvvəl hərbi xidmətə başlamış əsgər Hüseyn Əsədovun vəfat etdiyi bildirilir

"Time TV"-nin mərhumun qohumlarına istinadən yaydığı məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkib, lakin sağlam kimi qeydiyyata alınaraq hərbi xidmətə aparılıb.

H.Əsədov Dövlət Sərhəd Xidmətinin hərbi qoşunlarında xidmət edib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun mayın 6-a olan məlumatına görə, bu il Azərbaycanda indiyədək azı 17 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb. Onlardan 3-ünün müxtəlif xəstəliklərdən vəfat etdiyi bildirilir.