Bazar günü hava günəşli və isti olacaq

Avqustun 26-da Bakıda və Abşeronda hava buludsuz olacaq, yağıntı olmayacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +33 dərəcə olacaq.

Ölkə rayonlarında Kiçik və Böyük Qafqaz dağlarında yağış gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda +28+33, dağlarda +26 dərəcə olacaq.

Aran rayonlarında havanın temperaturu +37 dərəcə olacaq, yağıntı gözlənilmir.