Hava dəyişdi, sürət həddi endirildi - Bu yollarda

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi sürücülərdən nəqliyyat vasitələrini yollarda sürət həddinə əməl edərək, metereoloji amilləri nəzərə alaraq və digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.