"Azadlıq" radiosunun rəhbərliyi radionun saytının bloklanması barədə qərarın qüvvədə qalması ilə bağlı Ali Məhkəmənin qərarını tənqid edib.
"Hələ 2014-cü ildə Azərbaycan hakimiyyəti qanunu və uyğun prosedurları saya salmadan büromuzu bağlayanda bizim və bütünlükdə müstəqil medianın hədəfə alındığını öyrəndik", - radionun prezidenti Thomas Kent bildirib. O əlavə edib ki, Ali Məhkəmənin 4 iyun tarixli qərarı əvvəlki siyasətin davamıdır.
2017-ci il mayın 12-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə azadliq.org, azadliq.info, "Meydan" TV, "Turan" TV və www.azerbaycansaati.tv saytlarının bloklanması təsdiq edilib. 2017-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
2014-cü ilin dekabrında Azərbaycan hakimiyyəti "Azadlıq radiosu"nun Bakı Bürosunu bağlayıb.
toplum.tv
“Azadlıq” radiosunun prezidenti saytların bloklanmasını tənqid edib
Oxşar xəbərlər