Bakı Apellyasiya Məhkəməsi avqustun 10-da arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv edib.
Bu haqda Turan-a saytın rəhbəri Şəmşad Aga məlumat verib.
Onun bildirdiyinə görə, rayon məhkəməsinin qərarından apellyasiya şikayətini cümə günü veriblər.
“Şikayətimizə belə operativ baxılması, xeyrimizə qərarın verilməsi bizim üçün gözlənilməz oldu. Biz məhkəmədən ədalətli qərar gözləmirdik. Məhkəmədəki çıxışımda da bunu dedim. Eyni zamanda şikayətimizi müdafiə etdim”, – Şəmşad Aga bildirib.
Ş.Aga hələlik məhkəmənin qərarının onlara təqdim edilmədiyini, əsaslandırmadan xəbərsiz olduqlarını bildirib. Onu da vurğulayıb ki, Azərbaycan məhkəmələri sayt üzərinə qoyulan blokun qaldırılması ilə bağlı ilk dəfədir ki, qərar qəbul edir.
Xatırladaq ki, arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail Rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərar hakim Elmar Rəhimov tərəfindən çıxarılmışdı.
Hakimiyyət bağlanmış saytın fəaliyyətini bərpa etdi

Oxşar xəbərlər