Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Faktxeber.com-un məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
“Kür-Xəzər” Xeyriyyə cəmiyyəti ictimai birliyinin sədri Akif Kərimovun “Təzadlar” qəzeti və “təzadlar.az” saytı barədə şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, “təzadlar.az” saytında yayımlanan və şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) balans prinsipi pozulub. “Akif Kərimovun 200 min dollara işə düzəltmə qalmaqalı” adlı yazıda ciddi ittihamlar yer alsa da, qarşı tərəfin rəyi soruşulmayıb, mövqeyi öyrənilməyib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Təzadlar” qəzeti və “təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq edilib. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunan tərəflərin fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın.
“Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədri Nazim Tahirovun “dia.az” və “teref.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materialda “Biləcəri Təmir Quraşdırma” QTSC və onun sədri Nazim Tahirov barəsində ciddi ittihamlar var. “Dia”az saytı qarşı tərəfin rəyini öyrənib dərc etsə də, bu, öncəki materialda əks edilmiş ittihamlara adekvat olmayıb. Komissiya hər iki sayta tövsiyyə edib ki, qarşı tərəfin mövqeyinin uyğun şəkildə işıqlandırılması üçün şərait yaradılsın. Tərəflər rəylə razılaşıblar.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “cahan.info”, “afn.az”, “bakupress.az saytlarına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, adı çəkilən saytlarda RTŞ barədə dərc edilən materiallarda AJPDQ-nın prinsipləri pozulub. Faktlar tələsik, dəqiqləşdirilmədən və qarşı tərəfin rəyi öyrənilmədən yayılıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytları qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsınlar və bənzər yanlışlar təkrarlanmasın. Tərəflər rəylə razılaşıblar.
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun, Şamaxı rayon sakinlərinin “cahan.info” saytına qarşı şikayətinin araşdırılması zamanı da bənzər xətalar üzə çıxıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytı qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsın. Tərəflər rəylə razılaşıblar.
Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU

Oxşar xəbərlər