Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edildi

Milli Məclis qərar qəbul etdi

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub. Milli Məclisin dekabrın 28-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələyə baxılıb.

Layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.