Sudanda bütün siyasi məhbuslar azadlığa buraxıldı

Sudanda prezident Ömər əl-Bəşiri devirən hərbçilər bütün siyasi məhbusları həbsxanalardan azadlığa buraxıb. Bu barədə Reuters xəbər verib.

«Milli Təhlükəsizlik və Kəşfiyyat Xidməti v ölkə boyu bütün siyasi məhbusların azadlığa buraxıldığını elan edib», - deyə xəbərdə bildirilir.