Criminalaz.com saytının redaktoru Anar Məmmədov yenidən prokurorluğa çağırılıb. Jurnalistin Turan-a verdiyi məlumata görə, Baki Şəhər Prokurorlugundan ona telefon edərək bu gün saat 15:00-da prokurorluqda olmasını istəyiblər.
Jurnalistə çağırışın səbəbləri haqda detallı bilgi verilməyib. Lakin A.Məmmədov bundan öncə də bir neçə dəfə Baki Şəhər Prokurorlugunda dindirilib. Dindirmə jurnalistin rəhbərlik etdiyi criminalaz.comsaytında Gəncə olayları ilə bağlı yayılan məqalələrə görə açılmış cinayət işilə bağlıdır.
A.Məmmədov indiyədək prokurorluqda 50 saat dindirildiyini bildirib.
Xatırladaq ki, Baş Prokurorluğun təşəbbüsü il Gəncə hadisələri ilə əlaqədar bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytları bloklanıb.
Bir neçə gün sonra gununsesi.info və teref.info saytlarına giriş məhdudlaşıb. Gununsesi.info saytının redaktoru Pərviz Həşimlinin telefonu və kompüteri götürülüb.
Fəallar sözügedən faktları söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.-06D-
Jurnalist prokurorluğa çağırılıb

Oxşar xəbərlər