Dünyanın ən böyük maye qaz ixracatçısı idxalatçısına çevrilir

2025-ci ildə Qətər qlobal maye qaz ixracında 18,6% paya malik idi (ildə ~85 milyon ton).

Bu ilin oktyabrında Qətər ABŞ-dan maye qazın alınması ilə bağlı 2 müqavilə imzaladı:

▪️ 22 oktyabrda "Cheniere Energy" ilə. Müqaviləyə əsasən, Qətər bu şirkətin Luiziana və Texasdakı obyektlərindən 2031-ci ildən başlayaraq 23 il ərzində hər il 4 milyon ton maye qaz alacaq.

▪️ 29 oktyabrda "Woodside Energy" ilə. Müqaviləyə əsasən, Qətər bu şirkətin Luizianada inşa edilən layihəsindən 2030-cu ildən başlayaraq 20 il ərzində hər il 3 milyon ton maye qaz alacaq.

Bəs Qətər niyə ABŞ-dan qaz alır?

Martda İranın raket-dron zərbələri nəticəsində Qətərin əsas qaz mərkəzi olan "Ras Laffan" kompleksindəki bəzi istehsal xətləri ciddi zədələndi və ölkənin qaz ixrac potensialı təxminən 17% azaldı. Bu xətlərin bərpası 3-5 il çəkə bilər. Bu mövcud potensilən bərpasını təmin edəcək. Lakin Qətər eyni zamanda bağladığı tədarük sazişləri üzrə yeni istehsal xətləri tikirdi. Müharibə səbəbindən bu tikinti işləri dayandırılıb, təxirə salınıb, bəziləri isə zədələnib.

Qətər müştərilər qarşısında öhdəliklərini vaxtında yerinə yetirmək, həmçinin müştərilərini itirməmək üçün ABŞ-da maye qaz alıb, bağlanmış tədarük sazişləri üzrə öhdəliklərini yerinə yetirməyə məcburdur.

Güman edirəm ki, Qətər maye qaz idxalı üzrə bundan sonra da uzunmüddətli müqavilələr bağlayacaq. Sadəcə, hazırda kontraktlaşmamış sərbəst maye qazı olan şirkət yoxdur.

Noyabrda Tramp İrana qarşı yeni avantüraya başlamaq istəyir. Bu isə Qətəri qlobal maye qaz bazarından tam çıxarda bilər.

 

Asif Şəfəqqətov