Ali Məhkəmə və Konstitusiya Məhkəməsi sədrlərinin maaşı artırıldı

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin və Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşları artırılıb. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Sərəncam imzalayıb.

Sərəncamlarla, Ali Məhkəmə sədrinin maaşı 2070 manatdan 2280 manata, Konstitusiya Məhkəməsi sədrinin maaşı 2120 manatdan 2335 manata qaldırılıb.