Suriyada minlərlə xristian Yeni il yolkasının yandırılmasına etiraz olaraq küçələrə çıxıblar. Onlar ölkənin yeni hakimiyyət orqanlarından tələb edirlər ki, dini azlıqların hüquqlarının müdafiəsini təmin etsinlər.
Əllərində xaç tutan etirazçılar “Xaçımız üçün özümüzü fəda edəcəyik” şüarları səsləndiriblər.
Nümayişlər əsasən xristianların yaşadığı Skalbiya şəhərinin əsas meydanındakı yolkanın yandırılmasından sonra başlayıb. Sosial şəbəkələrdə maskalı silahlı şəxslərin ağacı yandırdığını əks etdirən görüntülər yayılıb.
Suriyada hakimiyyəti ələ keçirmiş “Heyəti Təhrir əş-Şam” qruplaşması yanğına görə məsuliyyət daşıyanların əcnəbi döyüşçülər olduğunu və onların artıq həbs edildiyini açıqlayıb, zədələnmiş ağacı dərhal bərpa edəcəyinə söz verib.
Suriyada xristianlar etiraz aksiyası keçiriblər