Maya dəyəri 25-30 qəpiyə başa gələn 3 qəpiklik

Ölkədə tədavülə yeni dizaynlı 3 qəpiklik sikkə buraxılıb.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib, ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gəlib.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, qəpiklərin gətirilmə xərclərindən söz açıb:
“Qəpiklər müxtəlif maretallardan hazırlanırlar, 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar.
İstənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi, təqribən, 25-30 qəpiyə başa gəlir”.
Ekspert maya dəyərini nəzərə alaraq 3 qəpiklərin yenilənməsinin sərfəli olmadığını bildirib:
“Anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır. Amma, 1, 3, 5 qəpikliklərin dövriyyədə olması kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır?! Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır axı?!”

 

 

MeydanTV