Suriya İsrailin hücumunun qarşısını alıb

Suriyanın hava hücumundan müdafiə sistemlərinin İsrail döyüş təyyarələrinin ölkənin cənubuna hücumunun qarşısını aldığı bildirilib.

Sputnik-in məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda Dera əyalətində sionist rejim döyüş təyyarələrinin raket hücumunun qarşısını alıb.

Suriyanın hava hücumundan müdafiə sistemləri raketləri hədəfə çatmamış yaxalayaraq məhv etməyi bacarıb.

Xəbərdə raketlərin əksəriyyətinin Suriya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.