Suriya hökuməti ilə PKK/YPG terror təşkilatı neft məsələsində razılaşma əldə elədilər.
Suriyanın Deyr əz-Zor rayonunda Əsəd hökuməti ilə YPG/PKK terror təşkilatı arasında neft mübadiləsini nəzərdə tutuan razılaşma əldə edilib. Təşkilat işğal elədiyi ən böyük neft yatağı olan Əl Ömərdən çıxardığı hər 100 barrel xam neft qarşılığında Suriya hökumətindən 75 barrel dizel yanacağı alacaq.
YPG/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejimi Suriyanın şərqindəki Deyr əz-Zor rayonunda təşkilatın işğalı altında olan ən böyük yataqlardan olan Əl Ömərdən çıxarılan nefti Suriya dövlətinə dizel qarşılığında verəcək.
2017-ci ilin oktyabrında İŞİD-dən alınan Əl Ömər yatağı Amerika hərbçiləri tərəfindən dəstəklənən YPG/PKK terrorçularının nəzarətinindədir və yataqda gündə 15 min barrelə qədər neft istehsal edilir.
Suriya hökuməti ilə YPG/PKK təqribən bir il bundan əvvəl Suriyada terrorçuların işğal elədikləri Haseke rayonundakı sahələrdən çıxarılan neftin gəlirini paylaşmaq məsələsində razılıq əldə eləmişdilər.
ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyadakı neft mənbələrinin demək olar ki, 70 faizinə nəzarət edir. İraq sərhədində yerləşən Deyr əz-Zor ölkənin ən böyük enerji mənbələrinə sahibdir. Şəhəri iki yerə bölən Fərat çayının şərqi Suriyanın ən böyük neft ərazisidir – burada 11 ədəd yataq var və parçalanmış ölkənin enerji mənbələrinin 1/3-i buradadır.
PKK/YPG terror təşkilatı Deyr əz-Zorun şimal-şərqindəki ən böyük qaz yatağı Konikonu 2017-ci il sentyabrın 23-də, Suriyanın ən böyük neft yatağı Əl Öməri isə 2017-ci il oktyabrın 22-də ələ keçirmişdi.
Hurriyyet.org
Əsəd PKK ilə razılaşdı

Oxşar xəbərlər