Beynəlxalq "Amnesty İnternational" təşkilatının Londondakı ofisi PKK terror təşkilatının tərəfdarlarının hücumuna məruz qalıb. FaktXəbər bildirir ki, cümə gecəsi baş verən hadisə zamanı 40 nəfərlik qrup ofisə basqın təşkil edib.
PKK tərəfdarlarını hadisə yerinə gələn hüquq mühafizə orqanının əməkdaşları güc istifadə edərək saxlayıb.
Buna qədər terror təşkilatının tərərfdarları ötən həftə "TRT World"ün Londondakı ofisinə də zorla daxil olmaq istəyib. Binanın girişindəki mühafizəçiləri keçə bilməyən PKK tərəfdarlarını daha sonra polis əməkdaşları nəzarətə almışdı.
Qeyd edək ki, İngiltərə rəhbərliyi PKK-nın adını terror təşkilatlarının siyahısına salsa da, yerli polis təşkilat tərəfdarlarına tolerantlıq göstərir.
İngiltərədə terrorla mübarizə qanununa görə, terror siyahısındakı təşkilata aid simvolları gəzdirmək cinayət hesab olunur və təşkilat üzvlərini 10 ilə qədər həbs gözləyir.
PKK tərəfdarları "Amnesty International"ın binasına hücum edib

Oxşar xəbərlər