PKK türk ordusuna hücum etdi: 1 şəhid, 2 yaralı

PKK terrorçuları türk ordusunun Türkiyə-İran sərhədində - Aralıq mahalında yerləşən postuna hücum edib.

Axar.az xəbər verir ki, hücum zamanı raket və yüngül silahlardan istifadə olunub.

Nəticədə türk ordusunun 1 əsgəri şəhid olub, daha 2 əsgər yaralanıb. Yaralılar İqdır Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidən qaçan terrorçuların məhv edilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.