Rusiyada əsgər atəş açıb, 8 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Zabaykal diyarında hərbi hissələrdən birində əsgərin atəş nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də qaravul növbəsi dəyişdirilən zaman hərbçi öz yoldaşlarına atəş açıb.

Atəş açan əsgər saxlanılıb. Yaralılar tibbi yardım göstərilib. 

Hadisənin səbəbi araşdırılır.