Azərbaycanda 760 Rusiya şirkəti fəaliyyətdədir

"Hazırda Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir".
 
AZƏRTAC-ın məlumatına görə, bu barədə sentyabrın 27-də Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının Bakıda keçirilən iclasında iqtisadiyyat naziri Şahin Mustafayev danışıb.
 
Məlumata görə, nazir qeyd edib ki, Rusiya Azərbaycanın əsas tərəfdaşlarındandır: «Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb».
 
İşgüzar şuraların yaradılmasında məqsəd iki ölkə arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirməkdir.
 
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının sonuncu geniş tərkibli iclası 2017-ci ilin dekabrında təşkil olunub.
 
Bu gün, sentyabrın 27-də Rusiya prezidenti V.Putin Azərbaycana gəlməlidir.