Rusiyalı şəkər istehsalçıları məhsullarının Azərbaycana tədarükünün artırılmasında maraqlıdır.
Bunu Trend-ə Rusiya Şəkər İstehsalçıları İttifaqının İdarə heyətinin sədri Andrey Bodin deyib.
A.Bodinin sözlərinə görə, Rusiya və Azərbaycan istehsalçıları arasında dostluq əlaqələri yüksək səviyyədə təşkil olunub:
“Biz Azərbaycanın ən iri şəkər istehsalçısı olan “Azərsun” şirkəti ilə fəal əməkdaşlıq edirik”.
İdarə heyətinin sədri qeyd edib ki, Rusiya şəkərinin ixrac potensialı yaxın illərdə 900 min ton dəyərləndirilir. Bununla belə, tədarükün artımına Ukrayna, Azərbaycan və digər MDB ölkələrinin bazarlarındakı rəqabət təsir edir:
“Rusiyanın şəkər idxalçısından ixracatçıya çevrilməsində son illərdə əldə olunmuş Avropa təcrübəsi rol oynayıb. Rusiyada şəkər istehsalı üçün əsas xammal şəkər çuğundurudur. Bu gün şəkər çuğundurunun emalı 22 regionda aparılır. Bu, onun yetişdirilməsi üçün münbit torpaq və iqlim şərtləri ilə əlaqədardır”.
Rusiya Azərbaycana şəkər tədarükünü artırmaq istəyir

Oxşar xəbərlər